“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

10 yanvar 2019, 18:04

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1190-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr 1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə 760, № 11, maddə 1375; 2015, № 7, maddə 820, № 12, maddə 1440; 2016, № 2, II kitab, maddə 222) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Ağsu rayonu” bölməsi üzrə:

12.15-ci sətirdə “Gürcüvan” sözü hər iki halda “Xanbulaq” sözü ilə əvəz edilsin.

2. “Astara rayonu” bölməsi üzrə:

13.6-cı sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qamışovka” sözü “Qamışoba” sözü ilə əvəz edilsin.

3. “Goranboy rayonu” bölməsi üzrə:

3.1 23.1-ci sətirdə “Ağamalıoğlu” sözü hər iki halda “Düzqışlaq” sözü ilə əvəz edilsin;

3.2. 23.12-ci sətirdə “Əzizbəyov” sözü hər iki halda “Kəhrizli” sözü ilə əvəz edilsin.

4. “Göygöl rayonu” bölməsi üzrə:

4.1. 25.8-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Xanlar” sözü “Ağdağ” sözü ilə əvəz edilsin;

4.2. 25.24-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Mixaylovka” sözü “Bənövşəli” sözü ilə əvəz edilsin.

5. “Xaçmaz rayonu” bölməsi üzrə:

5.1. 27.2-ci sətirdə “Alekseyevka” sözü hər iki halda “Çaykənarı” sözü ilə əvəz edilsin;

5.2. 27.26-cı sətirdə “Müqtədir” sözü hər iki halda “İstisu” sözü ilə əvəz edilsin;

5.3. 27.37-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Krasnı Xutor” sözləri “Şıxlı” sözü ilə əvəz edilsin.

6. “Xızı rayonu” bölməsi üzrə:

6.1. 28.2-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Çistı Klyuç” sözləri “Safbulaq” sözü ilə əvəz edilsin;

6.2. 28.10-cu sətirdə “Şuraabad” sözü hər iki halda “Şorabad” sözü ilə əvəz edilsin.

7. “Qazax rayonu” bölməsi üzrə:

33.7-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Kommuna” sözü “Bala Çaylı” sözləri ilə əvəz edilsin.

8. “Quba rayonu” bölməsi üzrə:

36.14-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Novonikolayevka” sözü “Çaydüzü” sözü ilə əvəz edilsin.

9. “Qusar rayonu” bölməsi üzrə:

37.25-ci sətirdə “Şirvanovka” sözü hər iki halda “Şirvanlı” sözü ilə əvəz edilsin.

10. “Masallı rayonu” bölməsi üzrə:

40.12-ci sətirdə “Kalinovka” sözü hər iki halda “Viləş” sözü ilə əvəz edilsin.

11. “Oğuz rayonu” bölməsi üzrə:

42.3-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Astraxanovka” sözü “Çaldaş” sözü ilə, “Vladimirovka” sözü “Çayqovuşan” sözü ilə əvəz edilsin.

12. “Saatlı rayonu” bölməsi üzrə:

12.1. 43.15-ci sətirdə “Xanlarkənd” sözü hər iki halda “Nabatkənd” sözü ilə əvəz edilsin;

12.2. 43.19-cu sətirdə “Qarayevkənd” sözü hər iki halda “Orta Muğan” sözləri ilə əvəz edilsin.

13. “Samux rayonu” bölməsi üzrə:

13.1. 46.12-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Lüksemburq” sözü “Köbər” sözü ilə, “Qırmızı Samux” sözləri hər iki halda “Qaraağaclı” sözü ilə əvəz edilsin;

13.2. 46.14-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Əli Bayramlı” sözləri “Sarıqaya” sözü ilə əvəz edilsin.

14. “Şəmkir rayonu” bölməsi üzrə:

14.1. 50.27-ci sətirdə “Qasım İsmayılov” sözləri hər iki halda “Ağlavaşlı” sözü ilə əvəz edilsin;

14.2. 50.31-ci sətirdə “Muxtariyyat” sözü hər iki halda “Qədimqala” sözü ilə əvəz edilsin.

15. “Yevlax rayonu” bölməsi üzrə:

55.24-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Bünyadabad” sözü “Yeni Çobankərə” sözləri ilə əvəz edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il.

SƏNƏDLƏRFərmanlar16 yanvar 2019
20:26
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1424-VQD nömrəli Qanununun tətbiqi və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbayca...

16 yanvar 2019, 20:26
SƏNƏDLƏRQanunlar16 yanvar 2019
20:21
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mü...

16 yanvar 2019, 20:21
SƏNƏDLƏRSərəncamlar16 yanvar 2019
20:19
“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1394-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1394-VQD nömrəli Qanununun qüvvəyə minm...

16 yanvar 2019, 20:19
SƏNƏDLƏRSərəncamlar16 yanvar 2019
20:13
“Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1421-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Güclü təsir edən maddələ...

16 yanvar 2019, 20:13
SƏNƏDLƏRSərəncamlar16 yanvar 2019
20:05
“Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1387-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respubl...

16 yanvar 2019, 20:05
SƏNƏDLƏRQanunlar16 yanvar 2019
20:01
“Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar q...

16 yanvar 2019, 20:01
SƏNƏDLƏRSərəncamlar16 yanvar 2019
19:59
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1384-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 de...

16 yanvar 2019, 19:59
SƏNƏDLƏRFərmanlar16 yanvar 2019
19:52
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1395-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 201...

16 yanvar 2019, 19:52