09 yanvar 2019, 14:00

Məmmədqulu Atakişiyev və başqalarından, Tovuz, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz Sizə Tovuz rayonunun 12 min nəfərdən çox əhalinin yaşadığı Əlimərdanlı, Qaraxanlı, Xatınlı, Qədirli və Cilovdarlı kəndlərinin sakinlərinin adından müraciət edirik.

Son 15 ildə Sizin çox böyük məharətlə həyata keçirdiyiniz sosialyönümlü siyasət sayəsində paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da durmadan inkişaf edir, ardıcıl infrastruktur layihələri həyata keçirilir. Şəhərlər və kəndlər abadlaşır, əhalinin bütün zəruri ehtiyacları yüksək səviyyədə qarşılanır.

2018-ci ildə həyata keçirilən tədbirlərdən biri də Sizin Sərəncamınızla rayonumuzun 5 kəndinə içməli suyun verilməsi ilə bağlı layihə idi. Bu günlərdə kəndlərimizə içməli su verildi. Bu, bizim hamımızı çox məmnun edir və sakinlərə əvəzsiz töhfədir. Məhz Sizin qayğınız sayəsində indi minlərlə ailə sevinc içərisindədir. Allah Sizi sevindirsin, Sizi qorusun.

Bizə bu sevinci və xoşbəxtliyi bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi pənahında saxlasın.

Azərbaycanımızın parlaq gələcəyi naminə fəaliyyətinizdə Sizlərə uğurlar diləyirik.

Ağsaqqallar adından dərin hörmət və ehtiramla,

Atakişiyev Məmmədqulu İmamqulu oğlu

Qələndərov İsmayıl Yusif oğlu

Bayramov Məzahir Əhməd oğlu

Pənahov Bəhram Məhəmməd oğlu

İbrahimov İsrail Salman oğlu

Məmmədov Vaqif Nəsir oğlu.

Azərbaycan Respublikası, Tovuz rayonu.