“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

27 dekabr 2018, 13:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə tükənməz enerji, möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının inkişafı naminə bundan sonra da səmərəli fəaliyyət arzulayım.

Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti Azərbaycan Respublikasında baş verən yenilikləri və gündəlik həyatı bundan sonra da obyektiv və geniş işıqlandıracaq.

Ən xoş arzularla,

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri