Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

18 dekabr 2018, 20:55

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, №7, maddə 602, № 8, maddə 695, №12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, № 5, maddə 501; 2015, № 10, maddə 1086, № 11, maddə 1250; 2016, № 1, maddə 16; 2017, № 3, maddə 328, № 12 (I kitab), maddə 2207) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 67-ci maddənin birinci hissəsində “məhkəmənin təqdimatı əsasında və ya” sözləri “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, habelə” sözləri ilə əvəz edilsin.

2. 167-ci maddənin dördüncü hissəsində “icrası barədə sərəncamı hərbi hissəyə daxil olduğu andan” sözləri “surəti icra olunması üçün hərbi hissəyə daxil olduğu vaxtdan, ali hərbi rütbədən məhrum etmə hallarında isə bu barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı qüvvəyə mindiyi gündən” sözləri ilə əvəz edilsin.

3. 182-ci maddənin birinci hissəsinin birinci cümləsində “məhkəmənin hökmü ilə” sözləri “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2018-ci il.