18 dekabr 2018, 12:45

Əlövsət Səfərov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin sərəncamlarınızla Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu yenidən quruldu, Buruc-Xoruzlu-Bayandurlu-Qaradağlı kəndlərarası yol da asfaltlandı. İndi isə Tərtər-Hindarx yolu təmir olunur. Tikilən yollar rayon mərkəzinə, qonşu kəndlərə gediş-gəlişimizi xeyli asanlaşdırıb.

Cənab Prezident, biz Sizin diqqət və qayğınızı həmişə öz üzərimizdə hiss edirik. Kənd əhalisinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Tanrı Sizi qorusun. Tərtərlilər daim Sizinlədirlər.

Hörmətlə,

Səfərov Əlövsət

Qasımov Elbrus

Məmmədov Arif

Mikayılova Hafizə

İsmayılova Səbiyyə.

Azərbaycan Respublikası, Tərtər rayonu, Soyulan kəndi.