17 dekabr 2018, 11:25

Ceyhun Topçubaşovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Səhiyyə sahəsində uzunmüddətli fəaliyyətimi yüksək qiymətlənləndirərək mənə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə Sərəncam imzaladığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu təqaüd təkcə mənə deyil, bütövlükdə səhiyyəmizin inkişafına böyük diqqət və qayğının bariz nümunəsi və göstəricisidir. Qürurla qeyd etmək istəyirəm ki, ümummilli lider Heydər Əliyev cənablarının səhiyyə xidmətlərinə göstərdiyi qayğı və diqqət bu gün onun siyasi varisi kimi Zati-aliləriniz tərəfindən uğurla davam etdirilir.

Sizin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dövlətimizin inkişafındakı fəaliyyətiniz əvəzedilməzdir.

Bu Sərəncamınıza görə şəxsən öz adımdan və Topçubaşovlar ailəsi adından bir daha Sizə sonsuz təşəkkürümü bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Topçubaşov Ceyhun Mustafa oğlu, Əməkdar həkim.

Azərbaycan Respublikası, Bakı şəhəri.