13 noyabr 2018, 16:50

İmdad Qasımov və başqalarından, Ağdam, Azərbaycan

Ulu Öndərimizin layiqli davamçısı, cənab Prezident.

Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni məktəb binasının tikintisi barədə imzaladığınız Sərəncam kəndimizdə bayram əhval-ruhiyyəsi yaradıb. Bu xəbər kənd sakinləri kimi bizi çox sevindirdi. Yeni məktəbin tikilməsi üçün Sərəncam imzalanması müəllimlərdə və şagirdlərdə də xoş ovqat yaradıb. Tədris şəraitinin yaxşılaşdırılması müəllimləri daha həvəslə işləməyə, şagirdləri isə daha yaxşı oxumağa həvəsləndirir.

Əziz Prezidentimiz, bu diqqət və qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı, sonsuz təşəkkürümüzü bildiririk. Allah Sizi pənahında saxlasın.

Hörmətlə,

Qasımov İmdad Cəfər oğlu

Qasımova Mərziyə Dadaş qızı

Zeynalova Adilə Əlşir qızı

Əhmədov Əhməd Məhərrəm oğlu

Quliyev Lənkəran Məhiş oğlu

Hüseynova Aliyə Anar qızı və başqaları.

Azərbaycan Respublikası, Ağdam rayonu, Birinci Yüzbaşılı kəndi.