13 noyabr 2018, 11:40

Rəşad Məhərrəmovdan, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz respublikamızın Birinci vitse-prezidenti ilə birlikdə milli irsimizin qorunub saxlanılması üçün yorulmadan çalışırsınız. Bunun bariz nümunələrindən biri də respublikamızda xalçaçılığın inkişaf etdirilməsidir.

Ağdam rayonunda xalçaçılığın inkişafına göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Məhərrəmov Rəşad.

Azərbaycan Respublikası, Ağdam rayonu.