10 noyabr 2018, 10:45

Aygün Əsədovadan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ümummilli lider Heydər Əliyevin söylədiyi “Təhsil millətin gələcəyidir” fikrini əsas tutaraq təhsil sahəsində apardığınız dərin islahatlar göz önündədir. İsmayıllı rayonunun Basqal qəsəbəsində yeni ümumtəhsil məktəb binasının tikintisi ilə bağlı tədbirlər haqqında bu yaxınlarda imzaladığınız Sərəncamı böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıq.

Göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə və ailənizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xoşbəxtlik arzulayırıq.

Hörmət və ehtiramla,

Əsədova Aygün İntiqam qızı, müəllim.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal qəsəbəsi.