09 noyabr 2018, 17:00

Seymur Mustafayevdən, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ağdam rayonuna səfəriniz zamanı Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqət və qayğınızla tikilmiş Muğam Mərkəzinin, Xalça Fabrikinin, Qarabağ Atçılıq Kompleksinin açılışlarında iştirak etməyinizdən böyük qürur və fərəh hissi keçirdik.

Bu obyektlərin açılışlarında söylədiyiniz xoş və təsirli sözlərə, Azərbaycanımızın inkişafı naminə gördüyünüz misilsiz və nəhəng işlərə, dövlətimizin başçısı kimi yorulmaz fəaliyyətinizə, ölkəmizdə hökm sürən əmin-amanlığa, sürətli tərəqqiyə görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizə uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayırıq.

Hörmətlə,

Mustafayev Seymur Əsgər oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu.