08 noyabr 2018, 15:00

Elnur Hacıyev və Ağasəlim Mustafazadədən, Lənkəran, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin oktyabr ayında Lənkərana növbəti səfəriniz əhəmiyyətli obyektlərin açılışı ilə yadda qaldı. Bunların içərisində yeni Olimpiya İdman Kompleksi mühüm yer tutur. Bu idman qurğusunun xüsusilə biz gənclər üçün böyük önəmi var. Lənkəranlı gənclər və idmançılar yeni idman kompleksinin istifadəyə verilməsinə görə çox sevinir, arenanın onları yeni uğurlara daşıyacağına əminliklərini bildirirlər. Çünki burada yaxşı məşq etmək hər cür şərait yaradılıb.

Əziz Prezidentimiz, respublikada idmanın inkişafına verdiyiniz mühüm töhfələrə görə Sizə minnətdarlığımızı bildiririk. Biz gənclərə göstərdiyiniz diqqət və qayğıya görə çox sağ olun.

Hörmətlə,

Hacıyev Elnur Əvəzəli oğlu

Mustafazadə Ağasəlim Elçin oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Liman şəhəri.