18 oktyabr 2018, 18:30

Mübariz Həmidovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi ilə bağlı müvafiq Sərəncamınıza əsasən kollektivimizin bir qrup üzvü fəxri adlar və medallarla təltif edilib. Aktrisalar Sədaqət Nuriyeva, Xatirə Süleymanova və aktyor Mövsüm Hüseynov “Əməkdar artist” fəxri adına layiq görülüblər. Həmçinin teatrın əməkdaşları Ruxsarə Cəfərova, Habil Xanlarov, Vəfa Qurbanova, Vidadi Məmmədov, Mayə Məmmədova, Akif Mirzəyev və Arif Müzəffərov “Tərəqqi” medalı ilə təltif olunublar.

Bu mükafatlar dövlətimizin, şəxsən Sizin milli mədəniyyətimizə, teatr sənətinə verdiyiniz yüksək diqqətin və qayğının təzahürüdür.

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi adından bir daha Sizə dərin minnətdarlığımızı bildirir, bizə göstərilən etimadı, yüksək dəyəri bundan sonra da yeni və daha maraqlı səhnə əsərləri ilə doğrultmağa çalışacağıq.

Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından dərin hörmətlə,


Həmidov Mübariz, direktor.

Azərbaycan Respublikası, Bakı şəhəri.