21 sentyabr 2018, 18:30

Firudin Kazımovdan, Lənkəran, Azərbaycan

Zati-aliləri, cənab Prezident.

Lənkəran rayonunun Hirkan-Daştatük-Biləsər avtomobil yolunun əsaslı təmirinə görə Biləsər kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü və sonsuz minnətdarlığımızı bildiririk.

Azərbaycanın inkişafı və gələcək uğurları istiqamətindəki fəaliyyətinizdə Sizə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Allahdan Sizə və ailənizə möhkəm cansağlığı diləyərək, xalqımızın, millətimizin başı üzərindən heç zaman əskik olmamağınızı arzulayırıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Kazımov Firudun Veysəl oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Biləsər kəndi.