19 sentyabr 2018, 19:00

İradə Süleymanovadan, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Xalq təşviş içində idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün narahatlıqlara son qoyuldu. Ulu Öndərin müdrik strategiyası sayəsində Azərbaycan sürətlə inkişaf etməyə başladı, bütün dünyada tanındı. Siz Ulu Öndərin siyasətini uğurla davam etdirir, xalqımızın rifahının yaxşılaşdırılması üçün əməli işlər görürsünüz.

Hörmətli cənab Prezident, son illər Ağstafa rayonu görkəmini tamamilə dəyişib. Abadlaşan kənd yolları, 24 saat fasiləsiz su təminatı, gözəl parklar, çoxmənzilli binaların təmiri və s. Sizin bölgələrə göstərdiyiniz qayğının təzahürüdür. Bütün bunlara görə Sizə minnətdaram.

Cənab Prezident, Allah Sizi, ailənizi və gündən-günə gözəlləşən Azərbaycanımızı qorusun.

Dərin hörmət və ehtiramla,

Süleymanova İradə, müəllim.

Azərbaycan Respublikası, Ağstafa rayonu.