18 sentyabr 2018, 18:50

Bilman Hüseynov və başqalarından, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı bu ilin martında imzaladığınız Sərəncama uyğun olaraq yeni kənd və qəsəbələr təbii qazla təmin edilməkdədir. Ucqar yaşayış məntəqələrinə də qaz xəttinin çəkilməsi, dağlıq ərazilərdə yaşayan əhaliyə təbii qazın verilməsi çətin işdir. Belə yaşayış məntəqələrindən biri də Göygöl rayonunun Kərəmli kəndidir. Təbii qazla təmin olunmağımız bizi bir sıra qayğılardan azad edib. Bu sevinci yaşayanlar arasında kəndimizdə məskunlaşmış 100-ə yaxın məcburi köçkün də var.

Hörmətli cənab Prezident, kəndimizə "mavi yanacağ"ın verilməsinə görə həm öz adımızdan, həm də ziyalılarımız və ağsaqqallarımız adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Hüseynov Bilman İsmayıl oğlu

Mikayılov Rəcəb Qurban oğlu

Hüseynov Mətləb İsmayıl oğlu.

Azərbaycan Respublikası, Göygöl rayonu, Kərəmli kəndi.