18 sentyabr 2018, 15:20

Nisə Hacıyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sentyabrın 15-də Bakının işğaldan azad olunması münasibətilə keçirilən möhtəşəm hərbi parada görə Sizə təşəkkür edirik. Hamı kimi, biz də paradı böyük sevinc hissi ilə izlədik. Ölkəmizin, dövlətimizin durmadan inkişafını görmək bizi qürurlandırdı.

Cənab Ali Baş Komandan, biz Sizə inanır və güvənirik. Əminik ki, işğal altındakı əzəli torpaqlarımız Sizin uzaqgörən və müdrik siyasətiniz sayəsində tezliklə azad ediləcək. Bizim buna qadir güclü ordumuz, ən müasir hərbi texnikamız var. Biz hər zaman Sizinləyik. Allah Sizi qorusun.

Hörmətlə,

Hacıyeva Nisə Vahid qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.