15 sentyabr 2018, 15:00

Lətifə Əliyeva və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunması hər kəsə məlumdur. Regionların sosial-iqtisadi və mədəni inkişafı üçün həyata keçirilən layihələrin uğurla icra edilməsi bizi çox sevindirir. Rayonumuzda reallaşan layihələrin bu ilin avqustunda başa çatması İsmayıllının gözəlliyinə gözəllik qatdı. Tarixi yaşayış məntəqəsi olan Lahıcdakı yeniliklər, yerli sakinlərlə çox səmimi görüşləriniz qədim yurda yeni bir həyat, unudulmaz sevinc bəxş etdi. Tolerantlıq, milli-mənəvi dəyərlərə hörmət, ölkəmizdəki bütün xalqlara, etnik qruplara sivil münasibət dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil etdiyindən beynəlxalq aləmdə rəğbətlə qarşılanır. Bu günlərdə İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri məqsədilə imzaladığınız Sərəncam da dediklərimizə bariz nümunədir.

Müstəqil respublikamızın gündən-günə inkişaf edərək dünya dövlətləri sırasında öz mövqeyini daha da möhkəmləndirməsi işində Sizə uğurlar arzulayırıq. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.

İsmayıllı ziyalıları adından dərin hörmət və ehtiramla,

Əliyeva Lətifə Ziyad qızı

Abdullayeva Sahibə Abbas qızı

Rəsulov Şəfaqət Həbib oğlu

Məmmədov Hacıməmməd Mirzəmməd oğlu

Kərimov Hafiz Məstan oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.