11 sentyabr 2018, 16:00

Əlibaba Hüseynovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" vədiniz gördüyünüz işlərdə, həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətinizdə öz təsdiqini tapır. Gündən-günə gözəlləşən, iqtisadi qüdrəti artan, beynəlxalq aləmdə tanınan Azərbaycanın hər bir vətəndaşı bütün bunları iftixar hissi ilə qarşılayır.

Biz bunları Masallı rayonunun timsalında da görürük. Rayonumuzun abadlaşdırılması, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması, "ASAN xidmət" mərkəzinin və digər obyektlərin tikilib istifadəyə verilməsi Sizin qayğınızın nəticələridir.

Çox hörmətli cənab Prezident, Sizin Sərəncamınızla Əminli-Birinci Səmədxanlı avtomobil yolu əsaslı şəkildə yenidən qurulub. Bu yol kənd camaatının rayon mərkəzinə gediş-gəlişini xeyli asanlaşdırıb.

Bütün bunlara görə şəxsən öz adımdan və kənd sakinləri adından Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Hüseynov Əlibaba Mirzəbala oğlu, kənd ağsaqqalı.

Azərbaycan Respublikası, Masallı rayonu, Ətcələr kəndi.