Gürcüstanın Baş naziri Mamuka Baxtadzedən

31 avqust 2018, 12:00

Hörmətli xanım Birinci vitse-prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Hörmətli Birinci vitse-prezident, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz böyük töhfəyə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan Gürcüstanın dəyərli dostudur və biz ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndiririk.

İnanıram ki, bu önəmli gün Sizin üçün möhkəm cansağlığı və xoşbəxtliklə, habelə Azərbaycan xalqı üçün müstəsna xidmətlə səciyyələnən növbəti ilin başlanğıcı olacaqdır.

Zati-aliləri, doğum gününüzü bir daha təbrik edirəm.

Hörmətlə,

Mamuka Baxtadze

Gürcüstanın Baş naziri