21 avqust 2018, 13:00

Nuru Əfəndiyevdən, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Tərtərlilər Gəncədə baş vermiş terror hadisələrini pisləyir, bu əməlləri törətmiş Vətən xainlərinin, cinayətkarların tutularaq cəzalandırılmasını istəyirlər. Azərbaycanın çörəyini yeyib dövlətçiliyimizə, müstəqilliyimizə qarşı çıxanlara ar olsun.

Möhtərəm cənab Prezidentimiz, biz daim Sizin yanınızdayıq. Tərtərlilərin vuran ürəyi Sizinlə döyünür. Allahdan şəhid polislərimizə rəhmət diləyirik. Onlar dövlətçiliyimiziz və müstəqilliyimiziz uğrunda şəhid oldular. Şəhidlərimizin ruhuna hörmət, onların xidmətlərinin Sizin tərəfinizdən yüksək qiymətləndirilməsi hər bir vətəndaşımıza olan qayğınızın təzahürüdür.

Müstəqilliyimiz Ulu Öndərimizdən bir yadigardır, müstəqilliyimiz toxunulmazdır və əbədidir. Heç kəs müstəqilliyimizə və dövlətçiliyimizə qarşı çıxa bilməz. Biz daim Sizinləyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Tərtərlilər Qarabağımızın işğaldan azad edilməsi uğrunda hər an döyüşə hazırdırlar.

Yaşasın, cənab Prezidentimiz, Ali Baş Komandanımız! Şəhidlər ölməz, Vətən bölünməz!

Allah Sizləri qorusun.


Hörmətlə,

Əfəndiyev Nuru Yaqub oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.