21 avqust 2018, 12:00

Məhərrəm Qasımlıdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə həyata keçirdiyiniz məqsədyönlü tədbirlər, ictimai-siyasi, iqtisadi, eləcə də humanitar sahələrdəki uğurlu fəaliyyətiniz Azərbaycan ictimaiyyətinin ürəyindən xəbər verir. Sizin Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı və diqqət, ziyalılara əsl qədirşünaslıq səviyyəsində verdiyiniz dəyər misilsizdir.

Fəaliyyətimə verdiyiniz yüksək qiymət – "Şöhrət" ordeni ilə təltif olunmağım şübhəsiz ki, taleyimin unudulmaz səhifəsidir. Bu gün fəxr və qürurla deyə bilərəm ki, son dövrlərdə aldığım yüksək dövlət təltiflərinin – "Dövlət mükafatı laureatı", "Əməkdar elm xadimi" fəxri adlarının və "Şöhrət" ordeninin üzərində Sizin imzanız vardır.

Mən ulu öndər Heydər Əliyev irsinə və Sizin siyasi kursunuza bütün varlığımla bağlıyam. Bu, hər zaman belə olacaq.

Möhtərəm cənab Prezident, 60 illik yubileyimdə məni "Şöhrət" ordeni ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Qasımlı Məhərrəm, Əməkdar Elm Xadimi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.