15 avqust 2018, 19:00

Elmira Cəfərovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

İyulun 29-da Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin yaşadığı qəsəbədə ailəmizə ev verdiniz. Bununla Siz bir ana kimi mənə və ailəmə dünyaları bağışladınız.

Əziz və sevimli Prezidentimiz, ailəm adından Sizə təşəkkürümü bildirirəm. Başda Siz olmaqla ailə üzvlərinizin hər birinə möhkəm cansağlığı, ürəyinizdəki bütün arzularınıza çatmağı diləyirəm.

Azərbaycana Sizin kimi müdrik dövlət xadimi bəxş etdiyi üçün ümummilli liderimiz Heydər Əliyevə Allah qəni-qəni rəhmət eləsin.

Möhtərəm cənab Prezident, ömrümün axırına kimi Sizə duaçıyam. Hər şeyə görə çox sağ olun.

Hörmətlə,

Cəfərova Elmira Bəhrəm qızı,

Zəngilan rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.