18 iyul 2018, 17:05

Faxrəddin Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

2018-ci il iyulun 3-də və 10-da Gəncə şəhərində baş verən terror aktlarını və iğtişaşları dövlətimizə və dövlətçiliyə xain qəsd kimi qiymətləndiririk. Bu çirkin əməllər siyasi, iqtisadi və hərbi uğurlarımızı gözü götürməyən, Azərbaycanın daha da qüdrətlənməsindən narahat olan və anarxiya ümidi ilə yaşayan bir qrup şəxsin və onların havadarlarının işidir.

Biz hər zaman Sizinləyik, Sizi dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Dövlətimizi və dövlətçiliyimizi qorumaq üçün hər an canımızdan keçməyə, hər bir tapşırığınızı yerinə yetirməyə hazırıq.

Hörmətlə,

Məmmədov Faxraddin Yaşa oğlu, Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.