18 iyul 2018, 16:30

Etibar Ağayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Gəncədə baş verən son hadisələr göstərdi ki, ölkəmizin inkişafını gözü götürməyənlər, respublikamızda asayişi pozmaq istəyənlər var. Lakin Sizin düzgün siyasət nəticəsində bu hadisələrin inkişafının qarşısı tez bir zamanda alındı.

Cənab Prezident, bütün xalqımız kimi, bizim ailəmizin üzvləri də Sizin siyasətinizi dəstəkləyirlər. Biz Sizi çox sevirik və hər zaman yanınızdayıq. Ölkəmizin daha da qüdrətlənməsi istiqamətində gördüyünüz misilsiz işlərə görə Sizə minnətdarıq.

Hörmətlə,

Ağayev Etibar Dilavər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.