17 iyul 2018, 15:35

Elsevər Ələkbərov və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Son günlər ölkəmizdə baş verən təxribat xarakterli terror hadisələrdən, ilk növbədə, vətəndaş, sahibkar və kollektiv rəhbəri olaraq dərin narahatlıq hissi keçirir və bu hadisələrə biganə qalmayaraq, öz mövqeyimizi Sizə bildirmək istəyirik.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə edilən sui-qəsd, eləcə də bir qrup cinayətkarın iyulun 10-da Gəncə şəhərinin mərkəzində iğtişaşlar törətməyə cəhd edərkən onların qarşısına silahsız çıxmış yüksək rütbəli polis zabitlərinin xaincəsinə qətlə yetirilməsi bir-birinin davamı, daxili və xarici düşmənlərimizin növbəti uğursuz cəhdidir. Baş vermiş bu hadisələr bizi çox hiddətləndirib.

Biz bu hadisələri kəskin şəkildə pisləyir və öz vətəndaş mövqeyimizi nümayiş etdirərək günahkarların tutulmasını və ciddi şəkildə cəzalandırılmasını istəyirik. Biz öz dövlətimizin, xalqımızın, Prezidentimizin yanındayıq və onlarla həmrəyliyimizi bir daha bəyan edirik. Qoy, düşmənlərimiz bir daha əmin olsunlar ki, bu cür xain terror aktları bizi daha sıx birləşdirir, daha həmrəy edir, daha mübariz olmağa çağırır. Çünki bu dövlət ulu öndər Heydər Əliyevin qurduğu qüdrətli Azərbaycandır və ölkəmiz gündən-günə güclənir. Qoy, düşmənlərimiz hələ 1995-ci ildə gecə saatlarında xalqına müraciət edən Heydər Əliyevin səsinə səs verməyə ayaqyalın, başıaçıq gələn milyonlarla insan izdihamını unutmasınlar və öz çürük beyinlərinə əbədi həkk etsinlər ki, Ulu Öndərin layiqli varisi İlham Əliyev şəxsiyyəti də bizim üçün onun qədər əzizdir, onun qədər müqəddəsdir. Xalq-İlham, İlham-xalq birliyi əbədidir.

Hörmətlə,

Ələkbərov Elsevər Qafar oğlu, sahibkar, "Emin-N" MMC-nin təsisçisi

İdrisov Məmməd Fikrət oğlu

Həsənov Zülfüqar Cəfər oğlu

Mütəllimov İlqar Baba oğlu

Kərimova Xanım Cabbar qızı

Ələkbərov Dağbəyi Qafar oğlu

Kərimov Ata İsrəfil oğlu

Həşimov Vahid Əmbər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.