Su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

04 iyun 2018, 18:17


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

İbrahimov Ehtibar Bayram oğlu

İlyasov Məmmədrəsul Əbil oğlu

Mustafayev Akif Oruc oğlu

Səfərov İlyas Ağa oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2018-ci il.