Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyevdən

26 may 2018, 14:22

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan Respublikası firavanlaşan müasir dövlətdir. Azərbaycan ölkə vətəndaşlarının mənafelərinə və xoşməramlı iradəsinə əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq aləmdə öz mövqelərini ardıcıl surətdə möhkəmləndirir.

Əmin olduğumu bildirirəm ki, Dağıstan ilə Azərbaycan arasında konstruktiv qarşılıqlı əlaqələr və dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Vladimir Vasilyev

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini

müvəqqəti icra edən