İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymindən

22 may 2018, 18:08

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Zati-aliləri, Sizə Uca Allahdan möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri, ölkənizin İƏT-ə dəstəyini, təşkilatın yaradılmasının məqsədi olan İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün səylərini bundan sonra da davam etdirəcək.

Əminəm ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və İslam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm.

Qardaşınız

Yusif bin Əhməd əl-Useymin

İslam Əməkdaşlıq Təşkilatının baş katibi