26 aprel 2018, 17:15

Ramiz Əliyev və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Mingəçevir şəhərinə göstərdiyiniz diqqət və qayğı sayəsində şəhərimiz gündən-günə abadlaşır, gözəlləşir. Aparılan quruculuq işləri şəhərimizdə müxtəlif sahələrin, o cümlədən təhsil sahəsinin inkişafına səbəb olur. Yeni tikilən və ya əsaslı təmir edilən təhsil, səhiyyə, mədəniyyət və istehsal müəssisələri Sizin Mingəçevirə və mingəçevirlilərə yüksək diqqət və qayğınızın təzahürüdür. Uzun illər təmirsiz olan şəhər 14 saylı tam orta məktəbdə aparılan əsaslı təmir işləri bunu bir daha sübut edir.

Cənab Prezidentimiz, bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Mingəçevir şəhər 14 saylı orta məktəbin kollektivi və bütün təhsil işçiləri adından Sizə təşəkkürümüzü bildirir, Azərbaycanın daha sürətli inkişafı naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyev Ramiz

Cəfərova Elnarə

Cəbiyeva Yeganə

Zamanova Aynurə və başqaları (cəmi: 75 imza).

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.