Türkiyənin Kastamonu Universitetinin rektoru, professor Seyit Aydından

21 aprel 2018, 14:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edir, Azərbaycanın, türk dünyasının və İslam aləminin ali mənafeyi uğrunda həyata keçirdiyiniz yüksək fəaliyyətinizin bundan sonra da davam edəcəyinə ürəkdən inanıram.

Ölkənizə və xalqınıza göstərəcəyiniz xidmətlərin davamlı olacağı düşüncəsi və inamı ilə Sizə salamlarımı, təbriklərimi və ehtiramımı çatdırıram.

Hörmətlə

Professor Seyit Aydın

Türkiyənin Kastamonu Universitetinin rektoru