ABŞ-ın Kaliforniya ştatındakı San Dieqo-Bakı Dostluq Assosiasiyasının sədri Martin Kruminqdən

21 aprel 2018, 11:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu, olduqca gözəl bir nailiyyətdir.

San Dieqo on ildən artıqdır ki, Bakı şəhərinin Nəsimi rayonu və Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğu ilə mədəniyyət və təhsil sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir.

Bu əməkdaşlıq Azərbaycanın təhsil sahəsində çalışan mütəxəssislərinin ABŞ Dövlət Departamentinin gənc liderlər üçün proqramı çərçivəsində Birləşmiş Ştatlara səfəri nəticəsində yaranmışdır. Proqramda iştirak edən gənc liderlərdən biri şəhərimizin qonağı olmuş və bu müddət ərzində o, bizim böyük hörmətimizi və rəğbətimizi qazanmışdır.

On ildən artıq davam edən tərəfdaşlığımız hazırda ən yüksək səviyyədədir. Fəxrlə deyə bilərik ki, bu müddət ərzində biz birlikdə müxtəlif uğurlu layihələr, o cümlədən konsertlər, mühazirə və səfərlər həyata keçirmişik.

Dostluq etimad yaradaraq qarşılıqlı hörmətə və anlaşmaya aparır. Azərbaycandan çox uzaqda olmağımıza baxmayaraq, Sizin ölkənizlə belə gözəl əlaqələrə sahib olduğumuz üçün özümüzü şanslı hesab edirik. Bu, ölkələr arasında körpü quruculuğunun ən yüksək nümunəsidir.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni prezidentlik müddətinizdə daim uğurlar arzu edirik.

Dərin hörmətlə,

Martin Kruminq

ABŞ-ın Kaliforniya ştatındakı San Dieqo-Bakı Dostluq

Assosiasiyasının sədri