Dağıstan Təhsil və Mədəniyyət Akademiyasının rektoru, professor, Dərbənd Şəhər Deputatlar Məclisinin deputatı Həsən Mirzəyevdən

19 aprel 2018, 20:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin inamlı qələbəniz apardığınız siyasət sayəsində həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda şəxsi nüfuzunuzun daha da güclənməsinin sübutudur. Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu daha da artıb, ölkə iqtisadiyyat, idman, mədəniyyət və digər sahələrdə daha inamlı qələbələr qazanmaqdadır.

Prezident seçkilərində qazandığınız qələbə biz – qədim Dərbənd əhalisi üçün xüsusən önəmlidir, çünki dövlətlərimiz arasında mehriban qonşuluq əlaqələri hər zaman yüksək dəyərləndirilir. Bu əlaqələr yeni prezidentliyiniz dövründə daha da möhkəmlənəcək, xüsusən iqtisadi və mədəni sahələrdə inkişaf edəcəkdir.

Dost Azərbaycanın tərəqqisi və firavanlığı yolunda fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Həsən Mirzəyev

Dağıstan Təhsil və Mədəniyyət Akademiyasının rektoru, professor,

Dərbənd Şəhər Deputatlar Məclisinin deputatı