Azərbaycanın pravoslav xristian icmasına

06 aprel 2018, 18:01

Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycanda tarixən mövcud olmuş etnik-dini tolerantlıq mühiti burada yüz illər boyu fəaliyyət göstərən səmavi dinlərin qarşılıqlı hörmət və etimada əsaslanan dinc yanaşı fəaliyyətini təmin etmiş, ayrı-ayrı etiqad və inanclara mənsub insanlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında müstəsna rol oynamışdır.

Bu gün dinlərarası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycan Respublikasında tarixi-mədəni irsin qorunub saxlanılması və təşviq edilməsi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Zəngin multikultural dəyərlərə və tolerantlıq ənənələrinə malik müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycandakı mövcud demokratik-hüquqi şəraitdən və mütərəqqi dövlət-din münasibətlərindən yararlanan xristian həmvətənlərimiz öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaqla, ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkəmizdə gedən böyük tərəqqi prosesinə və vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfələr verirlər.

Əziz dostlar!

Hər il Azərbaycanda təntənə ilə qeyd etdiyiniz Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Qoy bu əziz gün ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 aprel 2018-ci il.

SƏNƏDLƏRFərmanlar18 yanvar 2019
18:20
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməs...

18 yanvar 2019, 18:20
SƏNƏDLƏRFərmanlar17 yanvar 2019
18:25
Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə qərara a...

17 yanvar 2019, 18:25
SƏNƏDLƏRSərəncamlar17 yanvar 2019
18:05
Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaş...

17 yanvar 2019, 18:05
SƏNƏDLƏRSərəncamlar17 yanvar 2019
18:00
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oyn...

17 yanvar 2019, 18:00
SƏNƏDLƏRFərmanlar17 yanvar 2019
11:00
“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1426-VQD nömrəli Qanununun tətbiqi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”...

17 yanvar 2019, 11:00