Azərbaycan və Əfqanıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

01 dekabr 2017, 13:50

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

-Əvvəlcə, mənim dəvətimi qəbul edərək Azərbaycana səfərə gəldiyinə görə cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Bu səhər biz “Asiyanın Qəlbi” adlanan İstanbul Prosesinin 7-ci nazirlər konfransının açılışını etdik.

Fürsətdən istifadə edərək, Əfqanıstanın böyük sosial və iqtisadi nailiyyətlərinə görə cənab Prezidenti və ölkəsinin hökumətini təbrik etmək istərdim. Bizim cənab Prezidentlə çoxsaylı görüşlərimiz olub. İlk görüşümüzü xatırlayıram və o zaman cənab Prezidentin Əfqanıstanın inkişafı ilə bağlı gələcəyə baxışı məndə dərin təəssürat yaratdı. Şadam ki, onun planları həyata keçir. Əminəm ki, onun başladığı islahatlar, transformasiya və inkişaf yaxşı nəticələr verəcək. Bir dost və tərəfdaş ölkə kimi Azərbaycan bu inkişaf yolunda Əfqanıstanla çiyin-çiyinə dayanmaqdan fəxr edir.

Ölkələrimiz arasındakı diplomatik münasibətlərin tarixinə nəzər salsaq, hazırda əməkdaşlığımız ən yüksək səviyyədədir. Biz yaxşı tərəfdaş və dostuq. Dediyim kimi, biz cənab Prezidentlə mütəmadi qaydada görüşürük və bu, Prezident Əşrəf Qaninin Azərbaycana üçüncü səfəridir. Bunun özü bizim tərəfdaşlığımızın nə dərəcədə yüksək olmasının göstəricisidir.

Bizim gözəl siyasi əlaqələrimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həll edilməsi məsələsində Əfqanıstanın ədalətli mövqeyinə görə minnətdarıq. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyir. Biz Qətiyyətli Dəstək Missiyasının iştirakçısıyıq. Biz multimodal tranzit və hava məkanımızdan istifadəni təmin edirik. Qərar qəbul etmişik ki, Əfqanıstanda xidmət aparan hərbçilərimizin sayını artıraq və bununla da Əfqanıstanda sabitlik, sülh və inkişafa töhfə verək.

Tamamilə aydındır ki, sabitlik yalnız iqtisadi və sosial inkişaf yolu ilə təmin oluna bilər. Həmin səbəbdən müzakirə etdiyimiz mövzular arasında hər zaman iqtisadi xarakterli məsələlər var. Burada biz böyük potensial görürük. Bu gün biz ikitərəfli iqtisadi əməkdaşlığa dair çox vacib məsələləri müzakirə etdik. Müzakirə olunan məsələlər onu göstərir ki, gündəliyimiz olduqca genişdir. Bu gün imzalanan sazişlər də bizə imkan verəcək ki, məqsədlərimizə uğurla nail olaq. Biz iqtisadi əməkdaşlıq və islahatlarla bağlı bütün məsələlərin müzakirəsi üçün birgə işçi qrup yaradacağıq.

Biz fəxr edirik ki, Əfqanıstan “ASAN xidmət”in təcrübəsindən yararlanan dövlətlərdən olacaq. “ASAN xidmət” Azərbaycanda dövlət xidmətləri sahəsində həqiqətən inqilab etdi. Əhali arasında bu qurumun bəyənilmə reytinqi 98 faiz, yəni, 100 faizə yaxındır və bu qurum doğrudan da dövlət xidmətləri sahəsində böyük dəyişikliklər etdi. Çox şadıq ki, biz bu xidmətləri əfqan qardaşlarımız üçün təmin edəcəyik. Azərbaycan müstəqillik dövründə bir sistemdən digərinə - planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçdi. Ölkəmiz xaos, dağıntı, tənəzzül və 1000 faizlik inflyasiyadan inkişaf, tərəqqi və firavanlığa, işsizliyin və yoxsulluğun aşağı səviyyədə olduğu bir vəziyyətə keçid etdi.

Hesab edirəm ki, bizim bu təcrübəmiz əfqan qardaşlarımız üçün maraqlı ola bilər. Praktiki əməkdaşlıq məsələləri sırasında biz bu gün qarşılıqlı ticarətin həcminin artırılması yollarını müzakirə etdik. Burada böyük potensial mövcuddur. Biz Azərbaycanın dövlət və özəl sektora məxsus sərmayəsinin Əfqanıstana qoyuluşunu müzakirə etdik. Sənaye inkişafı və kənd təsərrüfatı, enerji, neft və qaz, mədən sənayesi sahələrində də böyük potensial var.

Əlbəttə ki, biz nəqliyyat şəbəkəsinə dair də müzakirələr apardıq. Azərbaycan və Əfqanıstan irimiqyaslı nəqliyyat layihələrinin iştirakçılarıdır. Bu gün konfrans zamanı hər ikimiz çıxışımızda Lapis-Lazuli nəqliyyat layihəsinə toxunduq. Bu, bütün iştirakçı dövlətlər üçün çox vacib layihədir. Eyni zamanda, Azərbaycan öz qonşu və tərəfdaş ölkələri ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini başa çatdırıb ki, bu Asiyadan Avropaya və geriyə yeni yol açır. Bu yol mövcud olan digər marşrutlar arasında ən qısa yoldur.

Beləliklə, nəqliyyat şəbəkəsinin yaradılması yalnız yeni imkanlar yaratmır, o, həmçinin inkişafa da töhfə verir. Biz öz ölkəmizdə də bunun şahidi oluruq. Hətta kənd yollarını tikəndən sonra biz dərhal istehsalda artım, bazarlara asan çıxış və inkişafın canlanmasını müşahidə edirik. Bu səbəbdən ölkələrimizin Mərkəzi Asiya və Avropa dəmir yolları şəbəkələri ilə birləşdirilməsi həqiqətən də tarixi nailiyyətdir.

Azərbaycan şirkətləri Əfqanıstanda podratçı və investor qismində işləmək arzusundadırlar və buna hazırdırlar. Bizim müvafiq təcrübəmiz var və biz Əfqanıstandakı qardaşlarımıza faydalı olmaq istəyirik. Nəzərə alsaq ki, Prezident və onun həmkarları Əfqanıstanda nəhəng layihələr həyata keçirir və müəyyən planlar da mövcuddur, burada birgə biznes fəaliyyəti üçün böyük potensial var.

Biz bu gün kreditlər, müqavilələr, birgə müəssisələrlə bağlı da müzakirələr apardıq və artıq qeyd etdiyim kimi, iqtisadiyyat, nəqliyyat və enerji sahələrindəki gündəliyimiz olduqca genişdir. Beləliklə, biz razılığa gəldik ki, müvafiq dövlət qurumları bu məsələlərlə gündəlik qaydada məşğul olacaq, mütəmadi surətdə prezidentlərə hesabat verəcəklər. Ümid edirəm ki, bizim müdaxiləmizə ehtiyac yaranmayacaq, işlər vaxtında və lazımi qaydada aparılacaq.

Qarşıdan gələn dövrdə ölkələrimiz arasında iqtisadi sahədə daha da güclü əməkdaşlığın şahidi olacağıq. İqtisadi əməkdaşlığımız siyasi əməkdaşlıqla eyni səviyyədə olmalıdır. Bu, bizim məqsədimizdir. Cənab Prezident, bir daha Sizi salamlayır və bu gün bizimlə burada olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm.

Prezident Məhəmməd Əşrəf Qaninin bəyanatı

- Cənab Prezident.

Hörmətli nazirlər, azərbaycanlı dostlar.

Əvvəlcə, bizi qəbul etdiyinizə görə minnətdaram. Hər dəfə Bakıya gəldikdən sonra ümidlə qayıdıram. Bütün həmkarlarım da bu cür düşünürlər. Xatırlamaq kifayətdir ki, rəhmətlik atanız və Siz hansı çətinliklərlə üzləşmişdiniz - müharibə, qaçqın və məcburi köçkünlər, səviyyəsi 40 faizi aşan yoxsulluq, həcmi 5 milyard manat olan ümumi daxili məhsul. Nailiyyətləriniz çox yaxşı misaldır, çünki uzun müddət əvvəl, məsələn 6–8 il əvvəl mövcud olanları öyrəndikdə, görürük ki, onlar keçmişdə qaldı.

Əfqanlar buraya gəldikdən sonra öz ölkələrində dəyişiklik etmək inamı ilə qayıdırlar. Bunların əyani sübutu “ASAN xidmət”dir. Maliyyə naziri səfər etdikdən sonra bu təcrübə dərhal tətbiq olunmağa başladı. Müvafiq qurum yaradıldı və o, Rabitə Nazirliyinin tabeliyinə verildi.

Cənab Prezident, Azərbaycan böyük məsuliyyət hissi olan qlobal iştirakçıdır. Mən Çikaqoda keçirilmiş NATO konfransındakı çıxışınızı xatırlayıram. Həmin vaxt Siz ilk dəfə olaraq “Şimal dəhlizi” və böyük sərmayələr proqramını qeyd etdiniz. Cənab Prezident, Sizin gördüyünüz işlər, sadəcə desək, NATO-nun missiyasını mümkün etdi.

Bakı əməliyyatları ən sürətlə icra edən məkan nüfuzunu qazandı. NATO komandanları və generalları ilə söhbət etdikdə, onlar bu marşrutun səmərəliliyini, etibarlılığını və tam şəffaflığını qeyd etdilər. Heç kəsin heç bir problemi olmadı. İndi isə həmin dəhliz müdrik rəhbərliyiniz və göstərişlərinizlə bir tərəfdən Lapis-Lazuli yoluna, digər tərəfdən isə multimodal daşımalar sisteminə çevrilir. Onun sayəsində biz Avropaya, Sizin ölkəyə və əksinə çıxış əldə edirik. Bu, uzaqgörənliyin və müdrikliyin, rəhbərlik keyfiyyətlərinin, olduqca böyük diqqətin bariz nümunəsidir. Siz bu keyfiyyətlərlə tanınırsınız və biz onların sayəsində nəticə qazanırıq.

Biz Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcəyik. Dəstək verməyə hər zaman hazırıq. Biz hərbi qulluqçularınızın sayının artırılması ilə əlaqədar bu yaxınlarda Brüsseldə bəyan etdiyiniz qərarı çox yüksək qiymətləndiririk. Hərbçiləriniz mübarizdirlər, şərəflə xidmət edirlər. Bu, bizim üçün böyük şərəfdir.

Cənab Prezident, qeyd etdiyiniz iqtisadi gündəlik olduqca genişdir, çoxşaxəlidir və böyük fayda gətirir. Orada olan məsələlərin hər birinin işlənib hazırlanmasından etibarən, söyləyə bilərəm ki, yaratdığımız çərçivə bizi daha da yaxınlaşdırır. O, Azərbaycan biznes dairələrini, dövlət şirkətlərini ölkəmizə gətirir. Əlbəttə, vaxt keçdikcə Azərbaycan və Əfqanıstan xalqları daha böyük harmoniyaya nail olacaqlar, dostluq, tərəfdaşlıq və qarşılıqlı fayda dəyərlərini artıracaqlar.

Yaradılmış işçi qrupu indicə imzalanmış sazişlər baxımından öz işini davam etdirəcək. Çox səmimiyyətlə arzulayırıq ki, Azərbaycanın özəl və dövlət sektoru ölkəmizə gəlsin. Maliyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılmış dəyişikliklər təcrübəsi, sənaye inkişafı və xüsusən də yaradılmış Neft Fondu - əla misallardır. Çünki Əfqanıstandakı vəziyyət Azərbaycanın müharibədən sonrakı durumla üzləşdiyi çağırışlarla eynidir. Digərləri bunu görmür.

Cənab Prezident, Sizin rəhbərliyinizin xüsusiyyəti ondan ibarətdir ki, Siz bizim bugünkü yox, gələcək günümüzü görürsünüz. Azərbaycanın durumu inkişaf, fayda gətirən gələcək durum kimi götürülə bilər.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlu təcrübələrin ölkəsində də tətbiq edilməsindən məmnunluğunu ifadə etdi. Əfqanıstanın dövlət başçısı Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi.

Prezident Məhəmməd Əşrəf QANİ dedi:

-Bu konfransa ev sahibliyi etdiyinizə görə dərindən minnətdaram. Tədbir nəticələrə və əlaqələrin qurulmasına yönəlib. İndi biz artıq nəzəriyyə haqqında deyil, regional şəbəkələri qurmaq, aydın reallığı təmin etmək üçün işlər haqqında danışırıq. Atacağınız hər bir addım konsolidasiyaya, dərin və hərtərəfli dostluğa, ortaq dəyərlərə və birgə iş aparmağa yönələcək.

Sağ olun, cənab Prezident.

SƏNƏDLƏRSərəncamlar14 iyun 2019
19:43
“Yeyinti məhsulları haqqında” və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1591-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub...

14 iyun 2019, 19:43
SƏNƏDLƏRSərəncamlar14 iyun 2019
19:27
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli, “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli və “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara ...

14 iyun 2019, 19:27
SƏNƏDLƏRFərmanlar14 iyun 2019
19:25
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin...

14 iyun 2019, 19:25
SƏNƏDLƏRFərmanlar14 iyun 2019
19:10
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1583-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3...

14 iyun 2019, 19:10
SƏNƏDLƏRFərmanlar14 iyun 2019
18:40
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramının təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 9 avqust tarixli 549 nömrəli və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara ...

14 iyun 2019, 18:40
SƏNƏDLƏRFərmanlar14 iyun 2019
18:15
Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli və “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara ...

14 iyun 2019, 18:15
SƏNƏDLƏRFərmanlar14 iyun 2019
17:30
Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 23 dekabr tarixli 7 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Res...

14 iyun 2019, 17:30
SƏNƏDLƏRFərmanlar13 iyun 2019
18:00
Azərbaycan Respublikası Prezidentinin “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 1999-cu il 5 fevral tarixli 90 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında” 2008-ci il 11 noyabr tarixli 12 nömrəli fərmanlarında, 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də, 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də, 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nda və 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli Fərmanı ilə təsdiq edilmiş “www.azexport.az” internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası...

13 iyun 2019, 18:00