Tailand Kralı Bumibol Adulyadejdən

30 may 2015, 14:10

Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Bumibol Adulyadej
Tailand Kralı