İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışında iştirak etmişdir

28 may 2014, 13:15

Prezident İlham Əliyev Neftçala rayonuna səfərini başa çatdırdıqdan sonra əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısının göstərişi ilə Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə layihələr ardıcıl olaraq həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulması, qəsəbələrarası və qəsəbədaxili yolların yüksək standartlara uyğun şəkildə təmiri və bərpası, eləcə də müasir tələblərə uyğun yeni yolların salınması davamlı şəkildə icra olunur. Ətraf qəsəbələrdə yolların ən müasir səviyyədə inşası, yol ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi nəqliyyatın gediş-gəlişini asanlaşdırmaqla əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Tağıyev-Sahil avtomobil yolunun bərpası layihəsi də Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Nəqliyyat naziri Ziya Məmmədov Tağıyev-Sahil avtomobil yolunun bərpası layihəsi əsasında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Qeyd edildi ki, ümumi uzunluğu 42 kilometrə yaxın olan yolun tikinti-quraşdırma işləri Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış Saziş çərçivəsində maliyyələşdirilmişdir.

Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, eni 15 metr olan yolun uzunluğu qovşaqlar da daxil olmaqla 48 kilometrdir. Avtomobil yolunun bərpasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunmuşdur. Layihəyə uyğun olaraq 11 yeni körpünün, 45 suötürücünün və 4 keçidin inşası başa çatdırılmışdır.

Dövlətimizin başçısı Tağıyev-Sahil avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti yenidən qurulmuş yolda avtomobili idarə etdi.

Sonra Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri (9-10 kilometr) hissəsinin yenidən qurulması, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması, Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihələri ilə tanış olmaq üçün Biləcəri qəsəbəsinin ərazisinə gəldi.

Nəqliyyat naziri Ziya Məmmədov əvvəlcə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidən qurulması layihəsi əsasında dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1,5 kilometrlik yolun hərəkət hissəsi 8 zolaqlı olacaqdır. Asfalt-beton işlərinin aparılması üçün hazırlıq tədbirləri görülür.

Layihə həyata keçirildikdən sonra respublikanın şimal-qərb bölgəsindən Bakıya, eləcə də Lökbatan-Xocasən istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yollarına çıxışı asanlaşacaqdır.

Sonra Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması layihəsi əsasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, layihədə iki yeni körpünün inşası, üç mövcud körpünün əsaslı şəkildə yenidən qurulması və yolun iki kilometrlik hissəsinin genişləndirilməsi nəzərdə tutulur. Bakı-Quba və əks istiqamətdə hərəkəti təmin edən yeni körpülərin inşası artıq başa çatdırılmışdır. Körpülər ən müasir standartlar səviyyəsində inşa olunmuşdur.

Prezident İlham Əliyevə mövcud körpülərin və yenidən qurulacaq yolun texniki göstəriciləri barədə məlumat verildi. Qeyd edildi ki, yolun tikinti sahəsində yerləşən bütün kommunikasiya xətlərinin, həmçinin yaşayış və qeyri-yaşayış tikililərinin köçürülməsi məsələsi də həll olunur.

Layihənin icrası başa çatdıqdan sonra respublikanın şimal, şimal-qərb bölgələrindən Bakı şəhərinə və əks istiqamətdə nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunmasına şərait yaranacaqdır.

Daha sonra Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihəsi barədə məlumat verildi. Bildirildi ki, 1,4 kilometr uzunluğu olan Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolu və bir kilometrlik Bakı dairəvi yolla birləşmə yolu ən müasir standartlara uyğun şəkildə inşa ediləcəkdir. Bakı dairəvi yolla birləşmə yolunda eni 9, uzunluğu 230 metr olan yeni körpünün inşası da nəzərdə tutulur.

Layihələrlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.

SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
19:20
“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-V...

14 noyabr 2018, 19:20
SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
19:10
“Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331...

14 noyabr 2018, 19:10
SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
19:00
“Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1333-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1333-VKQ nömrəli Konstitusiya Qanununu...

14 noyabr 2018, 19:00
SƏNƏDLƏRFərmanlar14 noyabr 2018
18:48
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbayca...

14 noyabr 2018, 18:48
SƏNƏDLƏRQanunlar14 noyabr 2018
18:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rahmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Taciki...

14 noyabr 2018, 18:40
SƏNƏDLƏRFərmanlar14 noyabr 2018
18:30
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı (Azərbaycan Resp...

14 noyabr 2018, 18:30
SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
18:17
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1307-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr ta...

14 noyabr 2018, 18:17