Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

31 декабря 2020, 12:53

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 409, № 12, maddə 753; 2005, № 3, maddə 160; 2010, № 2, maddə 80; 2011, № 10, maddə 903; 2017, № 5, maddə 780; 2018, № 12, maddə 2607) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.2-ci yarımbəndin ikinci abzasından “İbka” sözü çıxarılsın.

2. 2.1.4-cü yarımbəndin birinci abzasında “mərkəzi (milli) banklar” sözlərindən sonra “, milli depozit mərkəzləri” sözləri əlavə edilsin.

3. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.4. Neft Fondunun investisiya siyasətində valyuta vəsaitinin idarə edilməsinin aşağıdakı ümumi prinsipləri və istiqamətləri öz əksini tapmalıdır:

investisiya portfelinin proqnozlaşdırılan həcmi;

investisiya portfelinin aktivlər və valyutalar üzrə tərkibi və bölgü nisbəti;

investisiya portfelinin hədəf gəlirliliyi;

investisiya portfelinin risklərinin idarə edilməsi üzrə tələbləri;

Neft Fondunun investisiya portfelinin idarə edilməsinə xarici menecerlər cəlb edildiyi təqdirdə, xarici menecerlərə idarəetməyə verilən investisiya portfelinin hissəsi və idarəetməyə verilmə müddəti də daxil olmaqla xarici menecerlər üzrə tələblər.”.

4. 3.2-ci bənd üzrə:

4.1. ikinci abzasdan “(göstərilən ardıcıllığa əməl etmək şərti ilə)” sözləri çıxarılsın;

4.2. dördüncü abzasdan “investisiya portfelinin maksimum ortaçəkili müddətinin (durasiyasının) və” sözləri çıxarılsın;

4.3. beşinci abzasda “investisiya portfelinin müddətinin” sözləri “müvafiq alt portfel üzrə ortaçəkili müddətin (durasiyanın)” sözləri ilə əvəz edilsin.

5. 3.3-cü bəndin yeddinci, səkkizinci və doqquzuncu abzasları müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

“səhmlərə, kredit reytinqinə malik olmayan borc öhdəliklərinə və daşınmaz əmlaka investisiya edən pay fondlarında, alternativ investisiya fondlarında, o cümlədən səhm (pay) üzrə müştərək investisiyalarda iştirak payları;

daşınmaz əmlak;

London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr (qızıl);”.

6. 3.4.2-ci yarımbənddə “valyuta arbitrajı, svop, forvard, fyuçers” sözləri “törəmə maliyyə alətləri” sözləri ilə, “valyuta bazarlarında” sözləri “maliyyə bazarlarında” sözləri ilə əvəz edilsin.

7. 4.2-ci bənd üzrə:

7.1. “gəlirliliyi” sözündən sonra “(gəlirlilik)” sözü əlavə edilsin;

7.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Gəlirliliyin hesablanmasında məzənnə dəyişikliyindən yaranan fərq kimi hesablanan qızıl üzrə gəlirlilik nəzərə alınmır.”.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2020-ci il.

ДОКУМЕНТЫ Распоряжения 05 июня 2025
15:08
Распоряжение Президента Азербайджанской Республики О создании Организационного комитета в связи с проведением Тринадцатой сессии Всемирного форума городов Организации Объединенных Наций (WUF13)

Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, в целях обеспечения организации и проведения Тринадцатой сессии...

05 июня 2025, 15:08
ДОКУМЕНТЫ Письма 04 июня 2025
16:28
От депутата Великого национального собрания Турции, члена турецкой делегации в ТЮРКПА Кадима Дурмаза

Президенту Азербайджанской Республики Его превосходительству господину Ильхаму Алиеву

Уважаемый господин Президент.

Сердечно поздравляю Вас...

04 июня 2025, 16:28
ДОКУМЕНТЫ Распоряжения 04 июня 2025
13:32
Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой поддержки Федерации мини-футбола Азербайджана

Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

1. В связи с тем, что сборная Азербайджана стала...

04 июня 2025, 13:32
ДОКУМЕНТЫ Распоряжения 04 июня 2025
12:36
Распоряжение Президента Азербайджанской Республики О мерах по капитальному ремонту автомобильной дороги Баку-Губа-государственная граница с Российской Федерацией (137 км)-Чичи-Себетляр-Генидере-Сырт Чичи-Тенгеалты Губинского района

Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

1. В целях капитального ремонта автомобильной дороги...

04 июня 2025, 12:36