İlham Əliyev Mingəçevirdə Gənclər Evinin açılışında iştirak etmişdir

17 aprel 2013, 14:30
İlham Əliyev Mingəçevirdə Gənclər Evinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Mingəçevirdə Gənclər Evinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Bölgələrdə müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin və gənclər mərkəzlərinin, o cümlədən Mingəçevirdə Gənclər Evinin yaradılması da bu məqsədə xidmət edir.

Bildirildi ki, üçmərtəbəli binanın tikintisinə ötən ilin martında başlanmış, bu ilin aprelində başa çatdırılmışdır. Ümumi sahəsi 980 kvadratmetr olan Gənclər Evinin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Mərkəzdə gələcəkdə rayon gəncləri arasında intellektual oyunların keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd olundu ki, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi prioritet məsələlərdən biridir. Bunun üçün burada “Vətənpərvərlik klubu” yaradılmışdır. İnformasiya guşəsindən isə gənclər ən son məlumatları əldə edəcəklər. Ayrıca yaradılmış internet otağında bütün kompyuterlər internetə qoşulmuşdur. Gənclər evində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Masaüstü oyunlar zalında gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Sərgi salonunda isə hazırda dünyanın müxtəlif ölkələrindən olan gənc rəssamların əl işləri sərgilənir. “ART studiya”da ən son texnologiyalar quraşdırılmışdır. Burada gənclər müxtəlif növ verilişlər hazırlamaq imkanı əldə edəcəklər. Gənclər Evində istedadların hazırlığı laboratoriyası fəaliyyət göstərəcəkdir. Bu layihə Dövlət Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Texnika və ixtiralar klubu da gənclər üçün mühüm əhəmiyyətə malikdir. Burada gənclərə həm yeni ixtiralar, həm ən son texnikalar haqqında məlumat veriləcəkdir. Gənclər onları maraqlandıran bütün suallara “qaynar xətt” xidmətindən cavab ala biləcəklər. Konfrans zalında gənclərlə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Gənclər Evində, həmçinin “yaşıl şəhər” ekologiya dərnəyi, kitabxana və karyera mərkəzi fəaliyyət göstərəcəkdir. Gənclər Evi gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.

Prezident İlham Əliyevə ölkəmizdə inşa olunan və tikintisi nəzərdə tutulan idman qurğuları, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı görülən işlər barədə də məlumat verildi. 

SƏNƏDLƏR Fərmanlar 10 mart 2025
13:34
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

10 mart 2025, 13:34
SƏNƏDLƏR Sərəncamlar 07 mart 2025
16:00
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...

07 mart 2025, 16:00
SƏNƏDLƏR Sərəncamlar 06 mart 2025
16:30
“Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın...

06 mart 2025, 16:30