İlham Əliyev dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur

15 dekabr 2012, 12:15
İlham Əliyev dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur

Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Dövlət başçısı dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, bina müasir memarlıq üslubunda tamamilə yenidən qurulmuşdur.

Vağzalın ətrafında yaşıllıq zolağı salınmış, dekorativ ağaclar əkilmişdir. Binada sərnişinlərin istirahəti üçün də lazımi şərait yaradılmışdır.

Bildirilmişdir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Horadiz stansiyasının sərnişin vağzalı 1958-ci ildə inşa olunmuşdur. Vağzal binasında uzun müddət əsaslı təmir işləri aparılmamışdır. Sahəsi min kvadratmetr olan ikimərtəbəli binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşələr yaradılmışdır. Əsaslı təmir və yenidənqurma işləri QSC-nin dəmir yollarının və texniki qurğuların təmir-tikinti departamenti tərəfindən üç ay ərzində yerinə yetirilmişdir. Vağzal binasının elektrik sistemi yenilənmiş, gözləmə salonunda sərnişinlərin rahatlığı təmin edilmişdir. Burada yeni yaradılmış ana və uşaq otağı, akt zalı və yeməkxana fəaliyyət göstərir. Bina yeni avadanlıqla təchiz olunmuşdur. Vağzal binasında sərnişinlərin əşyalarının saxlanması üçün kameralar quraşdırılmış, dispetçer otağında yüksək xidmət şəraiti yaradılmışdır.

Diqqətə çatdırıldı ki, tibbi xidmətə ehtiyacı olanlar həkim otağına müraciət edə biləcəklər. Hər cür şəraiti olan inzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir. Buradakı iclas salonu da müasirliyi ilə diqqəti cəlb edir. Horadiz dəmir yolu vağzalı sərnişinlərə xidmətin səviyyəsinin ən müasir standartlara uyğun həyata keçirilməsinin daha bir konkret nümunəsidir. Burada mühəndis-kommunikasiya sistemləri də ən qabaqcıl standartlara cavab verir. Binanın birinci mərtəbəsində kassalar, tibb otağı və digər bölmələr vardır.

Bildirildi ki, Horadiz stansiyasının yenidən qurulan sərnişin vağzalının binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı ilə bağlı görülən işlərin tərkib hissəsidir. Burada bilet satışı texnologiyası da təkmilləşdirilmişdir. Horadiz sərnişin stansiyasında bilet satışı noyabrın 1-dən etibarən avtomatlaşdırılaraq beynəlxalq internet şəbəkəsinə qoşulmuşdur. Artıq Azərbaycan dəmir yolunun 48 sərnişin stansiyası da bu sistem üzrə fəaliyyət göstərir. Sərnişinlər istənilən istiqamət üzrə biletlərini onlayn rejimdə sifariş verə və ala bilərlər.

Prezident İlham Əliyev Horadiz dəmir yolu stansiyasının sərnişin vağzalının binasında yaradılmış şəraitdən razılığını bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
17:02
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

20 may 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:58
“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət...

20 may 2024, 16:58
SƏNƏDLƏR Qanunlar 20 may 2024
16:56
Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ...

20 may 2024, 16:56
SƏNƏDLƏR Sərəncamlar 20 may 2024
16:54
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

20 may 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:48
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:   ...

20 may 2024, 16:48
SƏNƏDLƏR Fərmanlar 20 may 2024
16:46
“Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi...

20 may 2024, 16:46