Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

29 fevral 2016, 14:55

Hörmətli Vladimir Vladimiroviç,

Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 fevral 2016-cı il.