İlham Əliyev su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir

05 oktyabr 2010, 21:00
İlham Əliyev su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Naxçıvan şəhərini içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı qurğunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir. 

Şəhər ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşıladılar.

Məlumat verildi ki, son illərdə Naxçıvanda həyata keçirilən infrastruktur layihələri arasında əhalinin içməli suya olan tələbatının ödənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanan kredit müqaviləsinə əsasən, Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə tikilən supaylayıcı şəbəkə vasitəsilə əhalinin içməli suya olan ehtiyacı tam şəkildə ödəniləcəkdir. İçməli su şəhərə 17 kilometr məsafədən xüsusi boru xətləri ilə gətirilir, təmizləndikdən sonra supaylayıcı qurğu vasitəsilə əhaliyə verilir. Qurğunun suötürmə gücü saniyədə 600 litrdir. 

Hazırda Naxçıvan şəhərinin daxili su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Layihə çərçivəsində 21 min 500 metr içməli su və 18 min 300 metr kanalizasiya xətti yenidən qurulmuşdur.

Supaylayıcı qurğunun yerləşdiyi ərazi şəhərin ümumi planına uyğun olaraq abadlaşdırılmış və yaşıllaşdırılmışdır.

Dövlət başçısı Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkələrinin, şəhəri içməli su ilə təmin edəcək sistemlərin baş planlarına baxdı.

Məlumat verildi ki, Naxçıvan çayı yatağının yaxınlığındakı yeraltı su mənbələrindən çəkilən yeni boru kəmərləri şəhərin içməli suya olan tələbatını ödəməklə yanaşı, gələcəkdə su qıtlığının yaranmasının da qarşısını alacaqdır.

Sonra dövlət başçısı içməli su sisteminin tikintisində istifadə olunan boruların nümunələrinə baxdı.

Prezident İlham Əliyev Naxçıvan şəhərini içməli su ilə təmin edən qurğunu işə saldı.

Şəhər ictimaiyyətinin nümayəndələrini təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Bu layihənin birinci mərhələsi başa çatıbdır və indi artıq su gəlir. Yəqin ki, bir-iki ilə şəhərin bütün su problemi öz həllini tapacaqdır. Böyük əhəmiyyətə malik olan bir layihədir və uğurla icra olunur. Su həyat deməkdir. Biz elə etməliyik ki, hər bir yerdə insanlar içməli su ilə təmin olunsunlar. Şəhərlərdə, kəndlərdə indi müxtəlif tədbirlər görülür. Azərbaycanın müxtəlif bölgələrində ayrı-ayrı layihələr icra olunmağa başlamışdır ki, bütün şəhərlərdə içməli su, kanalizasiya problemi həllini tapsın. O cümlədən Naxçıvan Muxtar Respublikasında bu məsələyə çox böyük diqqət göstərilir və işlər artıq icra olunur. Bu gün biz sizinlə bərabər layihənin birinci mərhələsini qeyd edirik. Sizi təbrik edirəm və ümid edirəm ki, yaxın zamanlarda layihənin başa çatmasını sizinlə bərabər qeyd edəcəyik.

Şəhər sakini Əli NOVRUZOV dövlət başçısına ictimaiyyət adından təşəkkürünü bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:06
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:06
SƏNƏDLƏR Qanunlar 04 may 2024
14:04
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası...

04 may 2024, 14:04
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32