Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

08 oktyabr 2012, 20:31

Zəngin keçmişi və qədim ənənələri olan Bərdə şəhəri Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatında özünəməxsus yer tutmuş, dövlətçiliyimiz tarixinə töhfələr vermişdir. V əsrdə Azərbaycanın qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş Bərdə şəhəri erkən orta əsrlərdən mühüm karvan yollarının qovşağında yerləşən Yaxın və Orta Şərqin iri ticarət-sənətkarlıq mərkəzi kimi inkişaf etmişdir. Qarabağ torpağının tarixi məkanlarından biri sayılan Bərdənin gözəlliklərini və əzəmətini hələ XII əsrdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi əsərlərində tərənnüm etmişdir.

Bərdə rayonu ərazisindəki tarixi memarlıq abidələri, o cümlədən XIV əsrə aid Axsadan baba və Bərdə türbələri, XVIII əsrə aid Səkkizguşəli türbə və İbrahim məscidi maddi-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoyan Bərdə öz tarixi simasını saxlamaqla, sürətlə abadlaşır. Burada bir sıra mühüm infrastruktur layihələri uğurla həyata keçirilərək, müasir Müalicə-Diaqnostika Mərkəzi və Olimpiya İdman Kompleksi, təhsil və səhiyyə obyektləri, yeni istirahət guşələri inşa olunmuş, yollar çəkilmişdir.

Bərdənin tarixi abidələri, bərəkətli torpağı və hazırkı infrastrukturu tikinti-abadlıq işləri aparılarkən rayonun özünəməxsusluğunun nəzərə alınmasını və mövcud potensialdan maksimum dərəcədə səmərəli istifadə olunmasını zəruri edir.

Bərdənin qədim tarixi-mədəni irsinin və memarlıq abidələrinin mühafizəsi, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş tədbirlərin səmərəli həyata keçirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2012-ci il.

SƏNƏDLƏR Sərəncamlar 02 oktyabr 2026
15:43
M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                      

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Mis...

02 oktyabr 2026, 15:43
SƏNƏDLƏR Fərmanlar 02 oktyabr 2026
15:42
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                       

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sə...

02 oktyabr 2026, 15:42
SƏNƏDLƏR Fərmanlar 02 oktyabr 2026
15:41
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu...

02 oktyabr 2026, 15:41
SƏNƏDLƏR Müraciətlər 30 sentyabr 2026
09:33
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!

Sizi “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı münasibətilə təbrik edir və A...

30 sentyabr 2026, 09:33
SƏNƏDLƏR Fərmanlar 29 sentyabr 2026
15:51
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublik...

29 sentyabr 2026, 15:51
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 29 sentyabr 2026
14:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində u...

29 sentyabr 2026, 14:15