Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya

03 iyul 2012, 18:30

Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Biz ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə böyük əhəmiyyət veririk. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin müvəffəqiyyətlə inkişaf etməsi, daim genişlənməsi məmnunluq doğurur.

Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları bir sıra sahələrdə strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Biz bundan sonra da enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə sahəsində birgə səylərimizi davam etdirmək, dünyanın ən qaynar nöqtələrində sabitliyin təmin edilməsi işinə töhfələr vermək əzmindəyik.

Birləşmiş Ştatların bütövlükdə regionumuza diqqəti, sülhün və əmin-amanlığın bərqərar olması prosesinə dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və təcavüz nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulmuş, torpaqlarımız işğal olunmuş və bir milyondan çox soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Biz sülhyaratma missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, bu münaqişənin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə, tezliklə və ədalətli həlli üçün göstərdiyiniz səylərə böyük ümidlər bəsləyirik.

Belə bir əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 iyun 2012-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10