İlham Əliyev Ukraynaya işgüzar səfərə yola düşmüşdür

10 iyul 2010, 11:37
İlham Əliyev Ukraynaya işgüzar səfərə yola düşmüşdür

Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün iyulun 10-da Ukraynaya işgüzar səfərə yola düşmüşdür.

Dövlətimizin başçısını Heydər Əliyev beynəlxalq hava limanında Baş nazir Artur Rəsizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

XXX

Azərbaycan dövlətinin başçısını Sevastopolun “Belbek” hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Milli geyimli qızlar Azərbaycan Prezidentinə duz-çörək və gül dəstəsi təqdim etdilər. 

gallery-photogallery-photo