İlham Əliyev Ukraynaya işgüzar səfərə yola düşmüşdür
Text size
10 iyul 2010, 11:37
Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün iyulun 10-da Ukraynaya işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev beynəlxalq hava limanında Baş nazir Artur Rəsizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
XXX
Azərbaycan dövlətinin başçısını Sevastopolun “Belbek” hava limanında Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Milli geyimli qızlar Azərbaycan Prezidentinə duz-çörək və gül dəstəsi təqdim etdilər.