10:27

Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovu qəbul edib.
Prezident İlham Əliyev Vladimir Kulişovun ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığımızın gündəliyində duran məsələlərin müzakirəsi və birgə fəaliyyətin əlaqələndirilməsi baxımından məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı. Əməkdaşlığın daha da dərinləşdirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev bildirdi ki, bu, öz növbəsində həm insanların ünsiyyət qurmalarına və ticarət aparmalarına, iş adamlarının əlaqələri genişləndirmək üçün sərhədi maneəsiz keçmələrinə, həm də cinayətkar elementlərin, qaçaqmalçıların, terrorçuların, narkotik alverçilərinin qarşısının alınması işinə xidmət edə bilər. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının sərhəd xidmətlərinin qarşısında ümumi məqsəd və vəzifələrin durduğunu, birgə səylərin gücləndirildiyini məmnunluq hissi ilə qeyd edərək qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsinin önəmini vurğuladı.
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov Prezident İlham Əliyev ilə əvvəlki görüşlərini məmnunluqla xatırladı. Vladimir Kulişov azərbaycanlı həmkarları ilə görüşlərinin həm Rusiyada, həm də Azərbaycanda mütəmadi olaraq keçirildiyini qeyd etdi. O, iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın və birgə fəaliyyətin konstruktiv xarakter daşıdığını dedi. Vladimir Kulişov ölkələrimizin sərhəd xidmətləri arasında təmasların təkcə rəhbərlik səviyyəsində deyil, eyni zamanda, ekspertlər səviyyəsində də keçirildiyini bildirərək bunun sərhəddəki şəraitə nəzarət edilməsi, ayrı-ayrı qanun pozuntularına cəhdlərin qarşısının alınması və davamlı sərhəd təhlükəsizlik sisteminin formalaşdırılmasında önəmli rol oynadığını vurğuladı.
Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin...
23 aprel 2025, 06:55Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38Zati-həzrətləri.
Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.
Roma Papası Fransiskin simasında beynəlxalq...
21 aprel 2025, 14:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...
19 aprel 2025, 11:34PDF yükləyin
19 aprel 2025, 11:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
19 aprel 2025, 11:30Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...
19 aprel 2025, 11:28