İlham Əliyev Horadiz İdman Kompleksinin açılışında iştirak etmişdir

11 noyabr 2010, 11:28
İlham Əliyev Horadiz İdman Kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Horadiz İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir.

Dövlət başçısı açılışı bildirən lenti kəsdi, kompleksdə yaradılmış şəraitlə tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına və idmançılara diqqət və qayğısını əks etdirən fotostend yaradılmışdır.

Məlumat verildi ki, tikintisinə 2009-cu ilin fevralında başlanmış idman kompleksi 5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana, basketbol meydançası, 500 yerlik əl oyunları zalı, tennis kortu, avtomobil dayanacağı vardır. İdman kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir. Kompleksin ərazisində su anbarı, su çəni qülləsi, elektrik yarımstansiyası da inşa olunmuşdur.

Prezident İlham Əliyev burada Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları təbrik etdi.

Sonra dövlətimizin başçısı və xanımı idmançıların nümunəvi çıxışlarını və incəsənət ustalarının konsert proqramını izlədilər.

Prezident İlham Əliyev kompleksin 1860 tamaşaçı yeri olan futbol meydançasına da baxdı.

Ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo