logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Türkiyə İş Adamları Birliyi idarə heyətinin sədri Cemal Yangın

Text size icon-size icon-size

08 noyabr 2013, 13:15

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Azərbaycan Türkiyə İş Adamları Birliyi adından təbrik edir, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayırıq.

Ürəkdən inanırıq ki, Sizin müdrik siyasətiniz Qafqazın parlayan ulduzu olan Azərbaycanı daha böyük uğurlara qovuşduracaqdır.

Bir daha Sizi yenidən Prezident seçilməyiniz münasibətilə böyük məmnunluqla təbrik edir, uğurlarınızın bundan sonra da davamlı olacağına sonsuz inamımızı ali diqqətinizə çatdırırıq.

Hörmətlə,

Cemal Yangın

Azərbaycan Türkiyə İş Adamları Birliyi
idarə heyətinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi