Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona
07 noyabr 2013, 17:50
Hörmətli Emoməli Şərifoviç,
Yenidən Tacikistan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz Sizə göstərilən yüksək etimada, Sizin yürütdüyünüz, ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə, demokratiyanın, hüquqi qaydanın və qanunçuluğun inkişafına yönəlmiş fəaliyyət xəttinin Tacikistan xalqı tərəfindən dəstəklənməsinə dəlalət edir.
Əminəm ki, birgə səylərimiz bundan sonra da bizim mehriban, ənənəvi dostluq münasibətlərimizin genişlənməsinə, xalqlarımızın tərəqqisi naminə ölkələrimiz arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edəcəkdir.
Hörmətli Emoməli Şərifoviç, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Tacikistanın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 noyabr 2013-cü il.