Türkiyə Böyük Millət Məclisinin Trabzondan millət vəkili Əli Naci Tuncerdən
Text size
07 noyabr 2013, 14:30
Hörmətli Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Sizin Prezidentliyinizin növbəti dönəmində də Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, dili, dini, adət-ənənələri bir olan xalqlarımızın rifahı yüksələcəkdir.
Mərhəmətli Allahdan Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq diləyirəm.
Zati-aliləri, böyük hörmət və ehtiramımı qəbul edin.
Hörmətlə,
Əli Naci Tuncer
Türkiyə Böyük Millət Məclisinin
Trabzondan millət vəkili